25 C
Baku
Saturday, July 27, 2024

Əşrəf Qani Əfqanıstan xalqından üzr istəyib

Əfqanıstanın ölkədən qaçmış dövlət başçısı Əşrəf Qani bəyanat yayıb.

Bəyanat Ə.Qaninin tviter səhifəsində yerləşdirilib.

O, Kabili tərk etmək barədə qərarı həyatının ən çətin qərarı adlandırıb. Devrilmiş prezident hər şeyin bu cür faciə ilə başa çatmasına görə Əfqanıstan xalqı qarşısında üzr istədiyini bildirib.

“Mən inanırdım ki, Kabili tərk etmək silahları susdurmaq və şəhərin 6 milyon əhalisini qorumaq üçün yeganə yoldur”, – o qeyd edib.

Ə.Qani Əfqanıstanı tərk edərkən külli miqdarda pul vəsaitini özü ilə aparması barədə yayılmış məlumatları bir daha təkzib edib. O, rəsmi audit və ya BMT xətti ilə maliyyə araşdırmasının təşkil edilməsini xoş qarşılayacağını vurğulayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər