4 C
Baku
Çərşənbə axşamı, Noyabr 30, 2021

Ət istehsalçısı 15 min manatadək cərimələnə bilər – Ətraf mühiti çirkləndirib

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkədə böyük ət istehsalçısı  olan şirkətlə bağlı protokol tərtib edib.

Banker.az xəbər verir ki, “Az Protein Foods Group” MMC 15 min manatadək cərimələnə bilər.

Belə ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi, tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə cərimələnir.

Bu cəriməyə görə, hüquqi şəxslər 10 min manatdan 15 min manatadək məbləğdə cərimə edilir.

“AzProtein” Azərbaycanın milli markasıdır və 3 351 239 manat nizamnamə kapitalına sahibdir. 2011-ci ilin yanvar ayından etibarən Azərbaycan şirkəti “AzProtein Foods Group”un müəssisədə dana əti istehsal edilib.

Son xəbərlər
Oxşar xəbərlər
X