14 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

​Əmanətlərin Sığortalanması Fondunun Himayəçilər Şurasına sədr təyin edilib

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının üzvü İlqar Muradov Əmanətlərin Sığortalanması Fondunun (ADİF) Himayəçilər Şurasına (HŞ) sədr təyin edilib. Banker.az xəbər verir ki, bu barədə Report ADİF-in saytına istinadən xəbər verir.

HŞ-ya İ.Muradovla yanaşı, MBNP-nin Strateji təhlil və risklərin idarəedilməsi İdarəsinin rəisi, Strateji xidmətlər Departamentinin direktoru vəzifəsini müvəqqəti icra edən Asim Zülfüqarov, Azərbaycan Mərkəzi Bankı Makroiqtisadi tədqiqatlar Departamentinin direktoru Şaiq Adıgözəlov, İqtisadiyyat Nazirliyi strateji planlaşdırma və proqnozlaşdırma şöbəsinin müdiri Yalçın Əzizov, Maliyyə Nazirliyimaliyyə və sığorta bazarının tənzimlənməsi şöbəsinin müdiri Ziyəddin Allahverdiyev, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri Elmar Məmmədov və “Kapitalbank” ASC-nin Müşahidə Şurasının sədri Cəlal Qasımov daxildir.

Son xəbərlər
Oxşar xəbərlər
X