23 C
Baku
Tuesday, July 8, 2025

​​​​​​​Avropa Mərkəzi Bankının mənfəəti 30%-dən çox azalıb

Avropa Mərkəzi Bankı (ECB) 2020-ci ili 1,643 milyard avro mənfəətlə başa vurub.

Bu, 2019-cu illə müqayisədə 722 milyon avro və yaxud 30,5% azdır.

Ötən il ECB verdiyi kreditlərdən 2,017 milyard avro faiz gəlirləri əldə edib ki, bu da əvvəlki ilə nisbətən 24,9% azdır.

Hesabat dövründə qurumun işçi heyətinə çəkdiyi xərclər isə 14,1% artaraq 646 milyon avro təşkil edib.

ECB-nin mənfəəti ehtiyac fondu istisna olmaqla avrozona ölkələrinin mərkəzi bankları arasında bölüşdürüləcək.

Son xəbərlər
Digər xəbərlər