32 C
Baku
Wednesday, July 24, 2024

​Azərbaycan Beynəlxalq Bankı şirkəti məhkəməyə verib

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Trans-T.S.” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.

“Report”un xəbərinə görə, bank borcun tutulması barədə iddia irəli sürüb.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı qismən təmin edib.

Qərarla razılaşmayan “Trans-T.S.” müəssisəsi apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, 2002-ci ildə yaradılan “Trans-T.S.” müəssisəsinin əsas fəaliyyəti yağ transformatorlarının, qapalı və açıq tipli komplekt transformator yarımstansiyalarının istehsalı, quraşdırılması, sınağı və təmiri, metal dayaqların yığılması və quraşdırılmasıdır.

“Azərbaycan Beynəlxalq Bankı” isə 1992-ci ilə yaradılıb.

Son xəbərlər
Digər xəbərlər