26 C
Baku
Saturday, July 27, 2024

​Azərbaycan sığorta bazarı 7% artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda fəaliyyət göstərən 27 sığorta şirkətinin xətti ilə 378,9 mln. manat həcmində sığorta haqqı toplanıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,5%çoxdur.

“Report”un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov məlumat verib.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdiyi məcmuödənişlər isə 140 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 6,6%çoxdur.

Təhlil olunan dövrdə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 37 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-oktyabr aylarında 36,9 manat olub.

Son xəbərlər
Digər xəbərlər