Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu (SKMF) “Bank Technique” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.
“Report”un məlumatına görə, SKMF sahibkarlıq subyektlərinin investiya layihələrinin maliyyələşdirilməsi məqsədilə “Bank Technique” ASC-yə ayrılmış güzəştli kreditlər üzrə bank tərəfindən Fonda olan öhdəliklərinin gecikdirilməsi nəticəsində yaranmış 326 min 627 manat cərimə borcunun (dəbbə pulu) cavabdehdən iddiaçının xeyrinə tutulması barədə tələb irəli sürüb.
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qismən təmin edilib.
Qərarla razılaşmayan Sahibkarlığa Kömək Milli Fondu apellyasiya şikayəti verib. İddiaya Bakı Apellyasiya Məhkəməsində baxılır.