28 C
Baku
Saturday, July 27, 2024

​BP Azərbaycanda yerli icmalar üçün ingilis dili kursları keçirəcək

Cənubi Qafqaz Boru Kəməri” şirkəti eyni adlı boru kəmərinin marşrutu boyunca yerləşən beş bölgədə-Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarında yerli icmaların bacarıq və bilgilərinin artırılmasına yönəlmiş yeni layihənin icrasına başlayır.

Layihə icmalarda ingilis dilinin tədris keyfiyyətinin artırılmasını nəzərdə tutur. Layihə müəllimlər üçün ingilis dili tədrisinin təkmilləşdirilməsi üzrə təlimlər və icma üzvləri üçün ingilis dili kurslarını əhatə edir.Layihənin məqsədi icma üzvlərinin məşğulluq imkanlarının artırılmasına kömək edəcək səriştə və bacarıqların yaradılması səylərinə dəstək olmaqdır. Layihə “British Council” tərəfindən Azərbaycan Təhsil Nazirliyi ilə əməkdaşlıqda həyata keçiriləcək.

Layihənin təqdimatı ilə əlaqədar bu gün Bakıda keçirilmiş tədbirdə çıxış edən “BP-Azerbaijan” şirkətininəlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, layihənin müddəti 1 il, dəyəri isə 150 min manatdır. Onun sözlərinə görə,təlimlərdə beş bölgənin icmalarından seçiləcək 10 orta məktəbi təmsil edən 75 ingilis dili müəllimi iştirak edəcək:”Sonra həmin müəllimlər məktəblərdə ingilis dili dərsləri keçərkən təkmilləşdirdikləri tədris bacarıqlarından istifadə edəcək, həmçinin, icma üzvləri üçün ingilis dili kursları keçəcəklər.Layihənin 10-16 yaş arasında təxminən 500 məktəblini və 150 icma üzvünü əhatə edəcəyi gözlənilir”.

Şirkət rəsmisi əlavə edib ki, BP və onun neft-qaz layihələrindəki tərəfdaşları bugünədək Azərbaycanda bu cür sosial layihələrə ümumilikdə 70 mln.dollardan artıq vəsait xərcləyib.

Report

Son xəbərlər
Digər xəbərlər