23 C
Baku
Monday, April 15, 2024

​Britaniya rəhbərliyi Brexitə görə ödəyəcəyi məbləği açıqladı

Böyük Britaniya rəhbərliyi Aİ qarşısında maliyyə öhdəliklərinin tənzimlənməsi üçün Brexitə görə Avropa İttifaqına 35-39 milyard funt sterlinq (40-45 milyard avro) ödəməyi planlaşdırır.

Banker.az Reuters agentliyinə xəbər verir ki, bu məlumatı Birləşmiş Krallığın baş naziri Tereza Meyin mətbuat xidməti yayıb.

Beləliklə, Britaniya rəhbərliyi Brexit prosesinin reallaşdırılması çərçivəsində Londonun Brüsselə ödəməyə hazır olduğu konkret məbləği ilk dəfə olaraq rəsmi şəkildə elan edib.

Cümə günü Böyük Britaniya və Aİ Brexit məsələləri üzrə yeddi ay davam edən danışıqlardan sonra ilk mərhələni tamamladı. İndi, müzakirələr prosesi təhlükəsizlik və ticarət məsələlərinə həsr edilmiş ikinci mərhələyə keçir. İkinci mərhələnin rəsmi olaraq başlanması 14-15 dekabr tarixlərində Brüsseldə Aİ-nın sammitində elan ediləcək.

 

Son xəbərlər
Digər xəbərlər