36 C
Baku
Tuesday, August 16, 2022

​”Rabitəbank” konvertasiya haqqını kəskin artırıb

“Rabitəbank” ASC müştərilər üçün kartlarla əməliyyatlar üzrə konvertasiya haqqını 5%-ə qaldırıb. “Report”un Banka istinadən verdiyi xəbərə görə, beləliklə də vəsaitlərin digər valyutaya konvertasiya haqqı 10 dəfə artıb. 

“Dəyişiklik bu gündən qüvvəyə minib. Bu, bütün əməliyyatlara aiddir”, – deyə Bankdan bildirilib

Bu günədək vəsaitlərin digər valyutaya konvertasiya haqqı 0,5% təşkil edib.

Bildirək ki, “Rabitəbank”da dollar satışı da dayandırılıb. Bankın dollar üçün müəyyənləşdirdiyi alış-satış məzənnələri isə müvafiq olaraq 1,57 AZN/USD və 1,75 AZN/USD təşkil edir.

Son xəbərlər
Oxşar xəbərlər