26 C
Baku
Monday, June 27, 2022

​SOCAR-ın gəlirləri 3 dəfə artıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) aktivləri 2015-ci il ərzində 15 887 mln. manat yaxud 66,01% artaraq 39 954 mln. manata çatıb.

Bu barədə “Ernst&Young” şirkətinin SOCAR-ın 2015-ci ildəki fəaliyyəti ilə bağlı açıqladığı audit hesabatında deyilir.

Hesabatda göstərilir ki, ötən il SOCAR-ın cəmi kapitalı 3 591 mln. manat yaxud 32,48% artaraq 14 648 mln. manat olub.

Həmçinin, 2015-ci ildə şirkətin ümumi gəlirləri 2014-cü ilə nisbətən 2 114 mln. manat yaxud 186,9% artaraq 3 245 mln. manata çatıb.

Ötən ili SOCAR 3 254 mln. manat mənfəətlə başa vurub. Xatırladaq ki, bu rəqəm 2014-cü ildə 3 830 mln. manat təşkil edib.

Report

Son xəbərlər
Oxşar xəbərlər