8 C
Baku
Wednesday, October 30, 2024


VTB (Azərbaycan) depozit portfelini 18% artırıb (R)

2018-ci ilin dördüncü rübün nəticələrinə görə, bank VTB (Azərbaycan)-ın depozit portfeli 18% artaraq 58,7 mln manat təşkil edib.

1 yanvar 2019-cu il tarixinə bankın kapitalı 53,19 mln manat olub. Bankda kapitalın adekvatlıq əmsalları normativ tələbləri (5% və 10% müvafiq olaraq) xeyli üstələyərək 38,58% və 39,11% təşkil edib.

Bankın əsasən yüksək likvidli alətlər, o cümlədən AR MB-nin qısamüddətli notları və depozitlərləri, həmçinin  müxbir hesablardakı qalıqlar ilə təmsil olunmuş aktivləri 135,3 mln. manat təşkil edib. Ani likvidlik əmsalı 30%-lik normativi xeyli üstələyərək 144% olub. Bank tərəfindən kredit portfeli üçün yaradılan ehtiyatlar 218,8 mln manat təşkil edib. Məcburi normativlərə riayət edilərkən kredit portfeli üçün ehtiyatların yaradılmış olması bankın etibarlılığının təsdiqidir və ona olan güvənin möhkəmləndirilməsinə xidmət göstərir.

Ötən rüblə müqayisədə bankın faiz gəliri 24% artaraq 7,8 mln manat olub.

Hesabat dövrü ərzində bankın müştərilərinin sayı 31 430 çatıb. Kart hesablarının sayı 12,5% artaraq 10 560 olub.

Maliyyə bazarlarına nəzarət palatasının cari ildə qüvvəyə minəcək yeni normativlərinə əsasən, VTB (Azərbaycan) əsas göstəricilər üzrə requlyatorun tələblərinə tam cavab verir.

“Biz həm korporativ, həm də pərakəndə biznes üçün nəzərdə tutulan xidmətləri təkmilləşdirməyə davam etmək niyyətindəyik. Fəaliyyətimizin əsas diqqəti korporativ və SME müştərilərinə istiqamətlənib. Bu sahədə prioritet istiqamətlərdən biri Rusiya və digər MDB ölkələri ilə çalışan müştərilərdir. Rusiya bankı olaraq biz Azərbaycan və Rusiya arasında ticari-iqtisadi əlaqələrin inkişafına dəstək olacaq məhsul və xidmətlərin tətbiqinə davam edəcəyik. Biz həmçinin əhaliyə istehlak və ipoteka kreditləri, plastik kartlar üzrə xidmətlər göstərib, eləcə də məsafəli bank xidmətləri imkanlarını genişləndirəcəyik”- deyə bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin bildirib.

 

Son xəbərlər
Digər xəbərlər