Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) kollegiyasının yeni tərkibi təsdiq edilib.
Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən, kollegiyanın 11 nəfərdən ibarət yeni tərkibi aşağıdakı kimidir:
Kollegiyanın sədri
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Kollegiyanın üzvləri:
- Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri
- Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi