Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin struktura daxil olan yeni qurum yaradılıb və digərinin təşkilatı forması dəyişib.
Banker.az bu barədə Nazirlikdən əldə etdiyi məlumata istinadən xəbər verir.
Nazirliyin strukturuna daxil olan yeni yaradılmış qurum Sosial Xidmətlər Agentliyidir.
Digər bir dəyişiklik isə Dövlət Məşğulluq Xidməti ilə bağlıdır. Yeni olaraq qurum, Dövlət Məşğulluq Agentliyi kimi fəaliyyət göstərəcək.
Xatırladaq ki, hazırda nazirliyin sturukturunda Dayanlıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST), Dövlət Sosial Müdafiə Fondu (DSMF), Dövlət Əmək Müfəttişliyi Xidməti və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti fəaliyyət göstərir.