6 C
Baku
Monday, December 16, 2024

Əbu-Dabidə İsrail səfirliyi açıldı

İsrailin missiya rəhbəri Eytan Naenin səfər etdiyi Əbu-Dabidə yəhudi dövlətinin səfirliyi açılıb.

TASS xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

“İsrailin Əbu-Dabidə səfirliyi bu gün diplomatik nümayəndəliyin nümayəndəsi Eytan Naenin ölkəyə gəlişi ilə rəsmi olaraq açıldı”, – xəbərdə deyilir. Bundan əvvəl Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Kabineti ölkənin Təl-Əvivdə səfirliyinin açılmasına icazə verib.

Qeyd edək ki, ötən il sentyabrın 15-də Vaşinqtonda ABŞ-ın aktiv vasitəçiliyi ilə İsrail tərəfi BƏƏ və Bəhreynlə münasibətlərin normallaşdırılması haqqında sənədləri imzalayıb. İsrail BƏƏ və Bəhreynlə sülhün bağlanmasına qədər Misir və İordaniya ilə diplomatik münasibətlər qurub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər