Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə yeni neft yataqları kəşf edilib.
RİA “Novosti” xəbər verir ki, bu barədə BƏƏ-nin Ali Neft Şurası (SPC) Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed Əl Nəhyanın və Şura sədrinin müavininin rəhbərlik etdiyi onlayn görüşə istinadən məlumat yayıb.
Məlumata görə, bu yataqlardan ildə 22 milyard barel neft çıxarılması mümkündür.