8 C
Baku
Thursday, December 12, 2024

Əcnəbi şirkət Azərbaycandakı rəqabətə tab gətirmədi – Bazarı tərk edib

Belçika xammalı əsasında fəaliyyət göstərən Gürcüstanın şokolad istehsalçısı “Rosali Sambar” şirkəti Azərbaycanda rəqabətə davam gətirə bilməyib. “Georgia Online” agentliyi xəbər verir ki, bunu şirkətin meneceri Papuna Dzadzamidze bildirib.

“Son zamanlar biz öz məhsullarımızı Azərbaycana ixrac etməyə başlamışdıq. Ancaq yüksək rəqabət və bizim məhsullara tələbatın olmaması səbəbindən biz bu bazardan getməli olduq”, – deyə şirkət rəsmisi bildirib.

O həmçinin Gürcüstanda şokolad biznesinin qeyri-rentabelli olmasından da gileylənib: “Çünki ölkədə şokolad daimi istifadə olunan məhsul deyil. Bunun üçün də ölkədə bu növ biznesi inkişaf etdirmək çox çətindir. Ancaq Avropada bu biznes daim inkişafdadır”.

Menecerin sözlərinə görə, şirkətin satışlarına milli valyutanın devalvasiyası da mənfi təsir edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər