7 C
Baku
Sunday, December 15, 2024

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsi 10 gün ərzində verilməsi təklif olunur

Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsi və müddətinin uzadılmasına görə alınan dövlət rüsumları artırılır.

Bu haqda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər təklif edilib.

Hazırda əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsi 20 günə verilir. Dəyişiklikdə iş icazəsinin 10, 15 və 20 iş günü müddətində verilməsi təklif olunur və müvafiq dövlət rüsumları müəyyənləşir.

Beləliklə, qüvvədə olan qanuna görə, Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 3 aylıq iş icazəsinin verilməsi və müddətinin uzadılmasına görə 350 manat, 6 aylıq iş icazəsinin verilməsi və müddətinin uzadılmasına görə 600 manat, 1 ilədək iş icazəsinin verilməsi və müddətinin uzadılmasına görə 1000 manat dövlət rüsumu alınıb.

Təklif olunan dəyişikliyə əsasən, Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 10 gün ərzinə 3 aylıq iş icazəsinin verilməsi və müddətinin uzadılmasına görə 700 manat, 6 aylıq iş icazəsinin verilməsi və müddətinin uzadılmasına görə 900 manat, 1 ilədək iş icazəsinin verilməsi və müddətinin uzadılmasına görə 1400 manat dövlət rüsumu alınacaq.

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 15 gün ərzində 3 aylıq iş icazəsinin verilməsi və müddətinin uzadılmasına görə 7000 manat, 6 aylıq iş icazəsinin verilməsi və müddətinin uzadılmasına görə 700 manat, 1 ilədək iş icazəsinin verilməsi və müddətinin uzadılmasına görə 1200 manat dövlət rüsumu alınacaq.

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 20 gün ərzinə 3 aylıq iş icazəsinin verilməsi və müddətinin uzadılmasına görə 350 manat, 6 aylıq iş icazəsinin verilməsi və müddətinin uzadılmasına görə 600 manat, 1 ilədək iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə 1000 manat dövlət rüsumu alınacaq.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

 

Son xəbərlər
Digər xəbərlər