6 C
Baku
Sunday, December 15, 2024

Əcnəbilər manatda depozitə yerli əhalidən daha çox ‘həvəslidir’

Əcnəbilərin Azərbaycan banklarındakı uzunmüddətli depozitlərinin həcmi artmışdır.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2021-ci ilin iyul ayı üçün açıqladığı statistik göstəricilərdə deyilir.

1 avqust 2021-ci il tarixinə banklarda 76.4 mln. manat ekvivalentində olan depozitlər olmuşdur. Bu da son bir ayda 1.5%, son bir ildə isə 14.5% artım  deməkdir. 2020-ci ilin birinci rübündən sonra ən yüksək həddir. Cari ildə isə bu artımlar 2021-ci ilin fevralından (68.1 mln. manat) başlayaraq aybaay yüksəlmədkədir.

Azərbaycanda qeyri-rezidentlərin müddətli depozitlərinin həcmi 2020-ci ilin üçüncü ay (hansı ki, həmin mart ayında ölkədə COVID-19 pandemiyasına görə qapanmalar başlamışdı) tarixindən sonra azalması daha kəskinləşmşdi. Buna səbəb kimi, əsasən xarici vətəndaşların ölkəyə gəliş-gedişini məhdudlaşdırdı. 2020-ci ilin aprelindən isə 70 mln. dollardan aşağı enmişdi. Həmin dövrə qədər də onsuz azalmalar baş verirdi. 2016-cı ildə xarici vətəndaşların banklarımızda 600 mln. manata yaxın uzunmüddətli depozitləri olub. 2019-cu il ərzində qeyri-reizdentlərin uzunmüddətli depozitlərinin 222.1 milyon manat ekvivalentindən 91.2 mln. manat ekvivalentinə qədər azalma yaşamışdı.

2021-ci 1 avqustunda qeydə alınan rəqəmlərə görə, əcnəbilərin 55.3 milyon manatı milli valyutada, 21 milyon manat ekvivalentində isə xaricə valyutadıadır. Burada bir faktı da qeyd etməliyik ki, Azərbaycanın rezidentlərinin milli valyutada olan depozitləri xarici valyutadan azdır. Rezidentlərin milli valyutada olan depozitləri (uzunmmüddətli) 1 milyard manat, xarici valyutada isə 1 milyard 106.8 milyon manatdır.

 

Son xəbərlər
Digər xəbərlər