Azərbaycanda əcnəbi vətəndaşların (qeyri-rezident) əmanətlətlərinin azalması davam edir.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
2020-ci ilin 1 oktyabr tarixinə olan hesabata görə, Azərbaycanda fiziki şəxs olan əcnəbi vətəndaşların 281.3 mln. manatlıq depozitləri var. Bu isə son bir ay ərzində 6.3 mln. manatlıq azalmadır. Əcnəbilərin depozitlərinin 103 mln. manatı milli, 178.3 mln. manatı isə xarici valyutada olub. Azalma həm milli (1.1 mln.), həm də, xarici (5.2 mln.) valyutada olmuşdur.
Milli valyutada 63.62 mln. manatı qısamüddətli, 39.41 mln. manatı isə uzunmüddətli depozitlər, xarici valyutada 150.87 mln. manatı qısamüddətli, 27.4 mln. manatı isə uzunmüddətli depozitləri olub.
Əcnəbilərin depozitlərinin əsas azalma səbəbi isə qısamüddətli depozitlərinin 4.2 mln. manat azalmasıdır.
DİNAMİKA
Ölkədə qeyri-rezidentlərin depozitlərinin həcminin azalması aprelin 1-dən başlayaraq davam edir. 1 aprel tarixində əcnəbilərin depozitlərinin həcmi 621.29 mln. manat təşkile tmişdi. Bu son bir ildə ən yüksək göstərici olmuş, lakin, həmin tarixdən sonra apreldə 47% kəskin enişlə azalmış, növbəti aprel və mayda aylıq dinamika 18% üzərində olmuşdur.