21 C
Baku
Tuesday, April 16, 2024

Əcnəbilərin Azərbaycan banklarındakı əmanətləri artmağa başlayıb

Azərbaycan banklarında qeyri-rezidentlərin əmanətlərinin həcmi 2018-ci ilin dekabr ayı ərzində 3,8 mln. manat və ya 0,5% artaraq 2019-cu il yanvarın 1-nə 763,8 mln. manta yüksəlib.

Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən, artım əsasən milli valyuta ilə əmanətlərin hesabına baş tutub. Belə ki, hesabat ayında milli valyuta ilə əmanətlərin həcmi 4,9 mln. manat və yaxud 5% artaraq 103,3 mln. manat, xarici valyuta ilə əmanətlər isə 1,1 mln. manat və yaxud 0,2% artaraq manat ekvivalentində 660,5 mln. manat təşkil edib.

Hesabata əsasən qeyri-rezidentlərin əmanətlərinin həcmində illik müqayisədə 18,8 mln. manat və yaxud 2,5% artım müşahidə olunub.

Qeyd edək ki, 2019-cı il yanvarın 1-nə Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin həcmi 8 375,4 mln. manat olub və bunun 90,9%-i və yaxud 7 611,6 mln. manatı rezidentlər, 9,1%-i və yaxud 763,8 mln. manatı qeyri-rezidentlər tərəfindən yerləşdirilib.

Report

Son xəbərlər
Digər xəbərlər