2022-ci ilin iyun ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi ötən ilin iyun ayı ilə müqayisədə 2.3 dəfə artaraq 203.6 mln. manat təşkil edib. 2022-ci ilin yanvar-iyun aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 1.1 mlrd. manatlıq əməliyyat aparıblar ki, bu da 2021-ci ilin 1-ci yarımilinə olan göstəricidən 2.2 dəfə çoxdur.
Banker.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Qeyd edək ki, ötən ilin iyun ayında aparılan əməliyyatın həcmi 89.7 mln. manat idi. Keçən ilin yanvar-iyun aylarında əcnəbilərin bank kartları vasitəsi ilə apardıqları əməliyyatın həcmi isə 512.7 mln. manat olmuşdu.