2022-ci ilin mart ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 158.5 milyon manat təşkil edib.
2022-ci ilin yanvar-mart aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 549.7 milyon manatlıq əməliyyat aparıblar.
Ötən ilin martında bu göstərici 93.2 milyon manat, yanvar-mart ayında isə 277.6 milyon manat təşkil edib, bu da illik müqayisədə müvafiq olaraq 1.7 dəfə və 2 dəfə artım deməkdir.