Azərbaycana xaricdən gələn turistlərin 2020-ci ildə bank kartları ilə əməliyyatlarının həcmi aşağı düşüb.
Banker.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac İcmalı”nın 2020-ci ilin mart sayına istinadən xəbər verir.
2020-ci ilin ikinci ayı ərzində əcnəbilər bank kartları ilə 72,9 mln. manatlıq əməliyyat aparıb. Bu öncəki ay – yanvarda 85,2 mln. manat, 2019-cu ilin fevralında isə 85,3 mln. manat idi.
Ümumilikdə 2020-ci il ərzində ölkədə bank kartları ilə 158,1 mln. manatlıq əməliyyat aparılıb.