2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 192 ölkəsindən 2,9 milyon və ya 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 11 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Banker.az xəbər verir ki, bu barədə “İxrac İcmalı”ında deyilir.
Bu ilin noyabr ayında ölkəmizə gələn xarici vətəndaşların sayı 13,3 faiz artıb və onların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları ötən ilin noyabr ayı ilə müqayisədə 18,5 faiz artaraq 90,3 milyon manat təşkil edib. Lakin, cari ilin ilk 3 ayını istisina etsək noyabrda bu növ əməliyyatların ən az aparıldığı ay siyahısına daxil etmək olar. (ətraflı siyahıda)
Ümumilikdə isə 2019-cu ilin yanvar-noyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 1 milyard 164 milyon manat təşkil edib.