Azərbaycan banklarında depozit qoyan əcnəbi vətəndaşlar fevralda vəsaitlərinin bir hissəsini geri çəkib.
Bunu Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Fiziki şəxs olan qeyri-rezidentlər 4 milyon manat, yaxud 1.4% azalmaqla 281.9 milyon manata düşüb.
Qeyri-rezidentlərin manatda olan hissəsi son bir ayda 2.3 milyon manat (2%) azalmaqla 113.9 milyon manata, xarici valyutada 1.7 milyon (1%) azalmaqla 168.1 milyon manata düşüb.