10 C
Baku
Wednesday, December 11, 2024

Ədliyyə Nazirliyi bu səbəbdən hökumətə müraciət edib

Ədliyyə Nazirliyi bələdiyyə idarəçiliyinin təkmilləşdirilməsi, bələdiyyə torpaqlarından səmərəli istifadə olunması, yerli vergi və ödənişlərin toplanmasındakı problemlərin aradan qaldırılması ilə bağlı qanunvericiliyə dəyişikliklərlə əlaqədar təkliflər paketini Nazirlər Kabinetinə göndərib.

Bu, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində əksini tapıb.

Təkliflər paketində Mülki, Torpaq və İnzibati Xətalar məcəllələrinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Torpaq bazarı haqqında”, “Torpaq icarəsi haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və s qanunlara dəyişikliklər nəzərdə tutulub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər