Ədliyyə Nazirliyində yaradılmış informasiya-kommunikasiya texnologiyaları idarəsində vakant vəzifələrin zəruri hazırlığa malik peşəkar mütəxəssislərlə komplektləşdirilməsi üzrə elan olunmuş açıq müsabiqədə iştirakla bağlı hazırda sənəd qəbulu davam edir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, müsabiqədə qanunvericiliyin tələblərinə cavab verən aşağıda göstərilən sahələrdə xüsusi biliklərə malik Azərbaycan Respublikası vətəndaşları iştirak etməyə dəvət olunur:
1. Mühəndis-proqramçı
Proqramlaşdırma bilikləri: C#, ASP.NET MVC, WebAPI, AngularJS (JAVA, Android, İOS, Ajax, HTML, CSS, JavaScript, JQuery, Ajax – üstünlük verilir);
Məlumat bazası bilikləri: MySQL, MsSQL, Oracle, PL/SQL (üstünlük verilir);
Java veb texnologiyaları: Servlet, JSP, JSF, Primeface (üstünlük verilir);
Veb-servislər: SOAP, Restful, DevExpress (üstünlük verilir).
2. Veb-dizayner
HTML5, CSS3, Bootstrap Framework, JavaScript, JQuery, Prototype, Angular;
Photoshop, Corel DRAW (Adobe İllustrator, AfterEffects, Premiere – üstünlük verilir);
3. Məlumat bazası üzrə analitik
Məlumat bazası bilikləri: MySQL, MsSQL, Oracle;
Əməliyyat sistemləri: Linux, Windows Server 2008, 2012 R2; (üstünlük verilir)
Məlumat bazalarındakı məlumatların analiz edilməsi, hesabatların alınması, backup/restore bacarığı.
4. Sistem inzibatçısı
Əməliyyat sistemləri: Windows Server (2008, 2012, 2016), Linux (RHEL, CentOS, Scientific – üstünlük verilir);
Virtualizasiya: VMware 5.0, 6.0;
Application server: İİS 7.0, 7.5, 8.0, Tomcat 7, 8, Glassfish 3, 4; (üstünlük verilir)
Serverlərin sazlanması, əməliyyat sistemlərinin yüklənməsi, Domain, DNS və SSL sertifikatların quraşdırılması.
5. İnformasiya sistemlərinin təhlükəsizlik analitiki
Təhlükəsizliyin müəyyən edilməsi metodları və həllərinin idarə olunması;
Təhlükəsizliklə bağlı monitorinq və analizlərin həyata keçirilməsi, hesabatların hazırlanması;
Davam edən təhlükəsizliyin qiymətləndirilməsi, həllinin müəyyən edilməsi;
CİSSP və ya CEH sertifikatı olanlara üstünlük verilir.
Müsabiqədə iştirak etmək arzusunda olan şəxslər CV formalarını Ədliyyə Nazirliyinin kadrlar və informasiya-kommunikasiya texnologiyaları idarələrinə təqdim edə bilərlər (ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti 1 və Azadlıq prospekti 72).
Aidiyyəti məsələlərə, o cümlədən tələb olunan sənədlərin siyahısına dair nazirliyin internet səhifəsində (www.justice.gov.az) və (012) 404-42-51 telefonu vasitəsilə əlavə məlumat almaq olar.