12 C
Baku
Saturday, November 23, 2024

ƏDV-dən azadolunma quş əti və yumurtanın qiymətinə necə təsir edəcək?

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) Analitika və ictimaiyyətlə əlaqələr departamentinini yaydığı məlumada bildirilir ki, 2022-ci ilin may ayından Nazirlər Kabinetinin qərar ilə yem və yem əlavələrinin idxalı gömrük rüsumundan azad edilib. Nazirlər Kabinetinin  30 iyun tarixli  “Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı”nın təsdiq olunmasına dair qərarına əsasənh 72 növdə yem və yem əlavələrinin satışı Əlavə Dəyər Vergisindən azad olunub.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) İdarə Heyətinin sədri Mürvət Həsənlinin sözlərinə görə, bu addımlar istehsal olunan məhsulların maya dəyərinin artmasının qarşısını alacaq:

“Bildiyiniz kimi, 2022-ci ildə qlobal bazarlarda qeydə alınan qiymət artırıcı proseslər Azərbaycana ciddi təsir edib. Azərbaycan hökuməti bu təsirləri yumşaltmaq məqsədilə bir sıra addımlar atıb: yem və yem əlavələrinin idxalı gömrük rüsumları və ƏDV-dən, ölkədə satışı ƏDV-dən azad edilib. Bu addımlar heyvandarlıqda və quşçuluqda istehsal xərclərinin sabitləşməsi baxımından əhəmiyyətli təsirə malikdir. Hazırda yem xərclərinin məhsulun maya dəyərində payı quşçuluq məhsullarının (quş əti və yumurta) istehsalı üzrə 70 faizə yaxın, mal əti və süd istehsalı üzrə isə 70 faizdən çox təşkil edir. Quşçuluq təsərrüfatları ötən ilin payızında əlverişli bazar konyukturasını nəzərə alaraq quş əti və yumurtanın qiymətini xeyli dərəcədə endirməyə nail oldular. Bu qiymət səviyyəsinin davam etməsi üçün dövlətin tətbiq etdiyi dəstək mexanizmlərinin bu il də qüvvədə olması vacib amil idi. Biz də bunu nəzərə alaraq, müvafiq dövlət qurumlarına müraciət etmişdik. Müraciətimizin müsbət qarşılanması göstərir ki, Azərbaycan dövləti üçün, daxili bazarı inflyasiya yaradan amillərin təsirindən qorumaq, əhalinin xərclərinin artmasının qarşısını almaq ən ümdə məsələlərdən birim olaraq qalır”.

 

Son xəbərlər
Digər xəbərlər