Ticarət sferasında dövriyyələrin leqallaşmasında yeni nəsil onlayn kassa aparatlarının tətbiqi mühüm rol oynayır. Bu sahədə də rəqabətli fəaliyyət təmin edilib.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, bu ilin 9 ayında onlayn kassalar üzrə dövriyyələrin həcmi 2 dəfəyədək artıb. “ƏDV geri al” layihəsi çərçivəsində indiyədək fiziki şəxs olan istehlakçılara 120 milyon manata yaxın vəsait qaytarılıb və bu xidmətdən 1,6 milyon manata yaxın insan faydalanır.