6 C
Baku
Saturday, December 14, 2024

“ƏDV Geri Al” Yelo App-də!

®“Öncə müştəri” prinsipi ilə onların istəklərini prioritet tutan Yelo Bank-dan “ƏDV Geri Al” xidmətini müştərilərin istifadəsinə verdi. Artıq Bankın mobil tətbiqi vasitəsilə ƏDV faizlərini geri almaq mümkündür. Bunun üçün tətbiqdə qəbz üzərindəki QR kodu skan etmək və ya Fiskal ID-ni əlavə etmək kifayətdir. Yığılmış ƏDV faizləri tətbiqin “ƏDV Geri Al” kabinetində “təsdiqlənən”, “gözləmədə” və “ləğv olunan” statusları ilə əks olunur. Təsdiqlənən vəsaiti nağdlaşdırmaq isə edvgerial.az portalında Yelo Bank kartına köçürməklə həyata keçirilir. Qeyd edək ki, Yelo Bank kartlarına ƏDV faizlərinin köçürülməsi komissiyasızdır.

Ödənişləri nağdsız şəkildə aparmaq Yelo kartla olduqca sərfəlidir. Daha çox ƏDV faizlərini geri almaqla yanaşı, Yelo kart ilə bütün ödənişlərdən 1%-dək, seçilmiş kateqoriyalardan 5%-dək, yüzlərlə partnyor şəbəkəsindən isə 30%-dək cashback qazanmaq mümkündür. İl sonunadək Yelo mobil tətbiqində daha çox yeniliklərin və hazırki funksiyaların daha da təkmilləşdirilməsi gözlənilir.

Yelo mobil tətbiqi yükləmək üçün: https://bit.ly/edv-geri-al

Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Son xəbərlər
Digər xəbərlər