ƏDV-nin hər hansı məhsulun qiymətinə necə təsir etdiyini adi bir mağazada, adi bir məhsul nümunəsində izah edək. Mağazada satılan 1 qoğal. Bildiyimiz kimi qoğalın mağazada olan real dəyəri 18%-dən azdır. Lakin qoğal hazırlanmamışdan öncə şirniyyatçı un alır (və 18% ödəyir), yağ alır (yenə 18% ödəyir), su və elektrik haqqını ödəyir (yenə 18% ödəməyi unutmur), qoğal bişirmək üçün icarə etdiyi məkan üçün pul ödəyir (və burada yenə ƏDV).
Bəs şirniyyatçının bütün bunları etməsindən öncə nə baş verir?
Şirniyyatçıdan əvvəl isə taxıl əkini ilə məşğul olan fermer gəlir.
O kombayn (ƏDV, yol vergisi və digər xərclər), benzin (yenə 18%) və taxıl becərmək üçün lazım olan digər vəsaitlər alır.
Şirniyyatçı, fermer və mağaza arasında isə hər zaman bir şəxs də var ki, bu da hər nöqtədə ƏDV ödəyən sürücüdür.
Qısası, ƏDV özünə qapalı bir piramidadır. Burada belə bir sual yaranır: “ƏDV ödənilməsəydi mağazada 1 çörəyin qiyməti nə qədər olardı?”.