8 C
Baku
Thursday, December 12, 2024

Əfqanıstan milli valyutası rekord həddə enib

Əfqanıstandakı münaqişə milli valyutanı rekord həddə endirib. “Bloomberg” agentliyinin verdiyi məlumata görə, 17 avqustda əfqan valyutası 1.7% – bir dollar üçün 83.5013 əfqani səviyyəsinə düşüb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, Əfqanıstan Mərkəzi Bankının rəhbəri vəzifəsini icra edən Ajmal Əhmədi “Taliban” üzvlərinin ölkənin paytaxtı Kabildə nəzarəti ələ aldıqdan sonra ölkəni tərk edib. Eyni gündə prezident Əşrəf Qani istefa verərək ölkədən qaçıb. Bundan sonra keçmiş hökumətin yüksək vəzifəli məmurlarının çoxu Əfqanıstanı tərk edib.

Taliblər ABŞ hərbi kontingentinin Əfqanıstandan çıxmasından sonra hücuma keçib. İyulun əvvəlində Pentaqon qonşularının 90%-nin ölkədən çıxarılacağını elan edib.

Əfqanıstandakı iğtişaşların təsiri Pakistan bazarlarına da təsir göstərib. Pakistanın 2031 -ci ildə ödəməli olduğu suveren dollar istiqrazları bazar ertəsi günü 1.8 sent düşüb. “Bloomberg Barclays” indeksinə görə, bazar ertəsi günü ən çox Asiya istiqrazları ucuzlaşıb. İnvestorlar Əfqanıstanda baş verən hadisələrin Pakistandakı vəziyyətə də təsir göstərə biləcəyindən və “ölkəni təcrid edəcəyindən” narahat olduqlarını söyləyirlər.

Son xəbərlər
Digər xəbərlər