“Taliban” hərəkatının üzvlərinin hakimiyyəti ələ alandan sonra ölkəni tərk edən Əfqanıstan prezidenti Əşrəf Qani xəzinədən 169 milyon dollar oğurlayıb.
Banker.az “Vesti.ru”ya istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Tacikistandakı səfiri Məhəmməd Zohir Ağbar deyib.
O, prezidentin bu hərəkətini “dövlətə və milləyə xəyanət” adlandırıb. Qeyd edək ki, Əfqanıstan konstitusiyasına görə, prezident ölərsə və ya qaçarsa, ölkəyə baş nazirin müavini rəhbərlik etməlidir. Baş nazirin müavini Əmrullah Saleh “Taliban”ın gəlişindən sonra ölkədə qalıb.
Xatırladaq ki, Əşrəf Qani Əfqanıstanı pulla dolu helikopterlə tərk edib. Nağd pul dörd maşın arasında bölünsə də, helikopterə sığmayıb.
15 avqustda “Taliban” döyüşsüz olaraq Əfqanıstanın paytaxtı Kabili nəzarət altına götürüb. Taliblər ölkəyə kimin nəzarət edəcəyini açıqlamağa söz veriblər