9 C
Baku
Thursday, December 12, 2024

Əfqanıstanda xarici serialların nümayişi qadağan edildi

Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban hərəkatı ölkədə hər hansı xarici teleserialın nümayişini qadağan edib.

Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

Qeyd edək ki, əvvəllər Əfqanıstanda əsasən Hindistan və Türkiyə serialları məşhur olub.

Taliban Mədəniyyət Komissiyası və Qadağalar Nazirliyinin rəsmiləri cümə axşamı Əfqanıstan yayımçılarla görüşüb. Yeni səlahiyyətlilər qadağanın pozulması halında heç bir bəhanə qəbul etməyəcəklərini qeyd ediblər.

2021-ci ilin avqustun əvvəlində Taliban Əfqanıstan hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirib, avqustun 15-ində Kabilə daxil olub və ertəsi gün müharibənin bitdiyini bəyan edib. Sentyabrın əvvəlində Talibanın ilk hakimiyyəti dövründə xarici siyasətə cavabdeh olan və 2001-ci ildən BMT sanksiyaları altında olan Məhəmməd Həsən Axundun rəhbərlik etdiyi Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi açıqlanıb.

Son xəbərlər
Digər xəbərlər