9 C
Baku
Monday, November 18, 2024

Əfqanıstanda yerli KİV-in təxminən 70 faizi bağlanıb

Əfqanıstanın “Taliban” hərəkatının tərəfdarları tərəfindən işğal olunmasından sonra milli medianın təxminən 70%-i bağlanıb. Banker.az xəbər verir ki, bu barədə Əfqanıstan Jurnalistlər Birliyinin nümayəndəsi Masrur Lütfi məlumat verib.

“Yerli KİV-in bağlanmasının əsas səbəbləri təhlükəsizlik riski və iqtisadi problemlərdir”, – deyə Lütfi qeyd edib. Həmkarlar İttifaqı “hazırda ölkənin kütləvi informasiya vasitələrinin yalnız 30%-nin fəaliyyət göstərməyə davam edə biləcəyini” müəyyənləşdirib.

Fəaliyyətini davam etdirən media “daimi rəhlükə altındadır və maddi dəstəyin olmamasından narahatdır”, – deyə Masrur əlavə edib.

Xatırladaq ki, sentyabrın ortalarında Əfqanıstanda “Taliban” hakimiyyətə gəldikdən sonra ən azı 153 media qrupunun fəaliyyətinin dayandırıldığı məlum olub.

Son xəbərlər
Digər xəbərlər