15 C
Baku
Friday, April 26, 2024

Əfqanıstanın ABŞ-dakı səfirliyi və konsulluqları bağlanıb

Əfqanıstanın Vaşinqtondakı səfirliyi, Nyu-York və Los-Ancelesdəki konsulluqları maliyyə vəsaiti çatışmazlığı səbəbindən bağlanıb.

“Pajhwok” agentliyi xəbər verir ki, bu barədə Əfqanıstanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Əfqanıstanın bu ölkədəki diplomatik missiyası gündəlik fəaliyyəti və artan problemlərin həlli üçün maliyyə vəsaitinin çatılşmazlığı problemi ilə üzləşib. Qeyd olunub ki, ABŞ adminstrasiyası səfirliyin bank hesablarını dondurduğu üçün səfirlik fəaliyyətini dayandırıb.

Səfirlik yaranmış vəziyyətlə əlaqədar ABŞ-ın Dövlət Departamentinə müraciət edərək diplomatik missiyaların fəaliyyəti üçün Vyana konvensiyasına əməl olunmasını istəyib.

“Vyana Konvensiyasına əsasən, səfirliyin və başqa diplomatik missiyanın təhlükəsizliyinə görə məsuliyyətin ABŞ administrasiyasına verilməsi ilə bağlı Dövlət Departamentindən yardım istəyib”, – səfirlikdən qeyd olunub.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər