Əfqanıstanın rabitə və informasiya texnologiyaları naziri Sayed Ahmad Şat Saadat Almaniyanın Leypsiq şəhərində kuryer işləyir.
Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.
Verilən məlumata görə, eks-nazir “Lieferando” çatdırılma xidmətinin işçisidir.
2018-ci ildən etibarən Saadat Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qani yanında Nazirlər Kabinetinin üzvü olub. 2020-ci ildə Qani hökuməti onu “Taliban”la mübarizə strategiyasını dəstəkləməkdən imtina etdikdən sonra istefa verməyə məcbur edib. Nəticədə keçmiş nazir yeni həyata başladığı Almaniyaya köçüb.
15 avqust 2021-ci ildə “Taliban” Kabilə daxil olub, sonra Əfqanıstanda “müharibənin bitdiyini” elan edib və bunu ölkənin “azad edilməsi” adlandırıb. Eyni gündə Əfqanıstan prezidenti Əşrəf Qani istefa verərək ölkəni tərk edib.