Vaşinqtonun Kabilə etdiyi təzyiq, Qətərdəki danışıqlarda taliblərin de-fakto tanınması və Əfqanıstan hökuməti haqqında ən son məlumatların olmaması Əşrəf Qani hökumətinin süqutuna səbəb olub.
Banker.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Əmrulla Saleh bildirib.
“Aydındır ki, taliblərə heç vaxt təzyiq göstərilməyib, onlar Pakistanı dəstək olaraq istifadə ediblər. ABŞ talibləri almaq üçün Pakistanla əməkdaşlığı stimullaşdırmağa çalışıb. Buna görə də Əfqanıstanda Qərb müttəfiqlərinə qarşı terroru və üsyanı dəstəkləyən nüvə dövləti məsələsi heç vaxt müzakirə olunmayıb”, – deyə vitse-prezident söyləyib.
“Üçüncü səbəb ondan ibarətdir ki, son iki ildə respublikanın amerikalı müttəfiqlərimiz tərəfindən böyük təzyiqə məruz qalıb. Onlar bizi şantaj edərək deyiblər: ya məhbusları azad edəcəksiniz, ya da hərbi yardım da daxil olmaqla dəstəyimizi azaldacağıq. Biz soruşdur: bu insanların cəbhəyə düşməyəcəyinə əminsiniz? Beləliklə, bu, məhbusların sərbəst buraxılması deyil, son dərəcədə radikallaşmış silahlılardan ibarət bir dəstənin taliblərə verilməsi idi”, – deyə Əmrulla Saleh əlavə edib.
O, həmçinin qeyd edib ki, hökumətdə “vəziyyətdən xəbəri olmayan və hər şeyi normal qəbul edən insanlar olub”.
“Lakin biz hökumətin çöküşünü yalnız bu dörd səbəblə məhdudlaşdıra bilmərik. Məsələ ondadır ki, NATO artıq yoxdur, amerikalı hərbçilər buraları tərk edib, amma Əfqanıstan xalqı yerində qalıb. Kabil hava limanı – aysberqin yalnız görünən hissəsidir. Ölkə faciəyə qərq olub, terrorçu qruplar Əfqanıstanı işğal edib”.
Əfqanıstandakı vəziyyət son bir neçə həftədə gərginləşib. Avqustun 15-i taliblər Əfqanıstanın bütün ərazisi üzərindəki nəzarəti öz əllərin alıblar. Ölkə prezidenti Əşrəf Qani pullarını götürüb BƏƏ-yə qaçıb.