8 C
Baku
Friday, December 13, 2024

Əfqanlı polis ailəsini dolandırmaq üçün qızını $570-a satmağa qərar verdi

Əfqanıstanda keçmiş polis Mir Nazir ailəsini dolandırmaq üçün dörd yaşlı qızını 570 dollara satmağa qərar verib.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Uşağı Kabildəki kiçik mağaza sahibi almağa hazır olsa da, qiymətlə razılaşmayıb. Qeyd edək ki, ölkədəki iqtisadi vəziyyəti “Taliban” hakimiyyətə gəldikdən sonra kəskin pisləşib.

Əfqani məzənnəsinin çökməsi və qiymətlərin kəskin artması fonunda bir çox insan aclıqdan ölməmək üçün əmlakını satmağa başlayıb. Ümidsizlikdən bəziləri hətta öz uşaqlarını satır.

“The Times” qəzetinin verdiyi məlumata görə, Mir Nazir dörd yaşlı qızı Sofiyanı yerli bazarda satmağa cəhd edib.

“Mən qızımı satmağı yox, ölümü seçərdim. Amma mənim ölümüm ailəmdə heç kəsi xilas etməyəcək. Digər uşaqlarımı kim yedirdəcək? Söhbət seçimdən yox, ümidsizlikdən gedir”, – deyə Mir Nazir izah edib.

Onun sözlərinə görə, o, uşağı olmayan bir mağaza sahibindən təklif alıb. Sahibkar Sofiya üçün 20 min əfqani verməyə hazır olduğunu bildirib.

“Amma mən qızımı bu qədər ucuz qiymətə sata bilmərəm. Ondan 50 min əfqani istədim. Hələ də şərtləri müzakirə edirik. Əgər qızım onun mağazasında işləsə, onun həyatı indikindən qat-qat yaxşı olacaq. Və bu pul ailəmi xilas edəcək”, – deyə Nazir söyləyib.

“Taliban”ın hakimiyyətə gəlməsindən əvvəl Əfqanıstana digər ölkələr, ilk növbədə ABŞ yardımlar edib. Belə ki, büdcə xərclərinin təxminən dörddə biri xaricdən gəlib. Çevrilişdən sonra vəziyyət kəskin pisləşib: ölkənin aktivləri dondurulub, banklar müvəqqəti olaraq bağlanıb və xarici yardım dayandırılıb. Bundan əlavə, “Taliban” əhaliyə həftədə 200 dollardan çox pul çıxarmağı qadağan edib.

Son xəbərlər
Digər xəbərlər