ABŞ-ın “Berkshire Hataway” şirkətinin sahibi, əfsanəvi investor Varren Buffett investorlara koronavirus təhlükəsi altında beynəlxalq birjalarda alım-satım əməliyyatları aparmamağa, uzunmüddətli düşünməyi məsləhət görüb.
Bu barədə CNBC xəbər verir.
V.Buffett qeyd edib ki, investorlar sərmayə yatırarkən bu gün beynəlxalq birjalarda sürətlə dəyəri enən şirkətlərin qarşıdakı 10-20 illik müddətdəki qazanc meyillərini nəzərə almalıdır: ”Gündəlik qəzetləri oxuyaraq beynəlxalq bazarların vəziyyətini təxmin etmək mümkün deyil. Hazırkı vəziyyətdə investorlar şirkət səhmlərinə yatırımlarla uzunmüddətli xəzinə istiqrazlarından daha çox gəlir əldə edə bilərlər”.
O, ilk dəfə 5%-lik səhminə sahib olduğu APPLE şirkətinin ağıllı telefonlarından istifadə etməyə başladığını da bildirib.
Qeyd edək ki, ABŞ birjaları həftənin ilk iş günündə 4% dəyər itirib. “Dow Jones” indeksi tarixində 3-cü dəfə 1 000 bal enib. Bundan başqa, ABŞ birjaları son 20 sessiyada ortalama 7,79 milyard səhm mübadilə edilsə də, həftənin ilk iş günündə bu rəqəm 10,59 milyarda çatıb.
Məlumata görə, koronavirusun təsiri ilə Avropa və Asiyanın əsas birjalarında da göstəricilər enib
Report