14 C
Baku
Sunday, September 29, 2024

Əfsanəvi milyarderlərdən 11 ilhamverici sitat.

1. Berkshire Hathaway-in Baş icraçı direktoru Uorren Baffet: Qayda №1: heç vaxt pul itirməyin. Qayda №2: heç vaxt qayda №1-i unutmayın.

2. Telmex, América Móvil, Grupo Carso  -nun Baş İcraçı direktoru Karlos Slim Elu: « Əgər siz başqalarının fikrindən asılısınızsa, demək siz ölüsünüz».

3.CNN-nin banisi və təsisçisi Ted Terner: «İnsanlar deyəndə ki, mən nəyisə edə bilməyəcəm, bu sadəcə mənim xoşuma gəlir.  Başqa heç nə mənim özümü bu qədər yaxşı hiss etməmə səbəb ola bilməz, çünki bütün ömrüm boyu insanlar mənə deyiblər  ki, sən bunu edə bilməzsən, lakin mən onu artıq edə bilmişəm».

4. Getty Oil Company-nin yaradıcısı Pol Qetti: «Əgər siz öz pullarınızı saya bilirsinizsə, demək sizin bir milyard dollarınız yoxdur».

5. IKEA-nın yaradıcısı İnqvar Kamirad: «İnsan yalnız yuxuda olanda səhvlərə yol vermir».

6. Virgin Group-un rəhbəri Riçard Brenson: « Biz elə bir yerə üz tutmuşuq ki, ora əvvəllər mövcud olmayıb. Nümunə götürmək üçün və ya oxşatmaq üçün heç bir model yoxdur. Məhz buna görədə bu dərəcə də maraqlıdır».

7. Oprah Winfrey Network-un baş icraçı direktoru Opra Uinfri: Siz nəyə inanırsınızsa, ona da çevrilirsiniz. Sizin  hazırkı həyatdakı vəziyyətiniz isə əvvəlki vaxtlarda məhz nəyə inanmağınız ilə əlaqədardır.

8. Stiv Cobs, Apple-ın banisi: «Siz müştərilərdən sadəcə onlara nə lazım olduğunu soruşa bilməzsiniz , çünki siz bunu edənə qədər —onlar artıq yeni nə isə istəyəcəklər».

9.Walmart-ın yaradıcısı Sem  Uolton: «Biz hamımız birgə işləyirik- bizim sirrimiz də budur»

10. Yunanıstanlı gəmi sahibkarı Aristotel Onassis: «Biznes bütün sirri onadır ki, elə bir şey biləsən ki, bunu səndən başqa heç kəs bilməsin».

11.Carnegie Steel-in yaradıcısı Endryu Karnegi : «Mən nə qədər yaşlı olurdumsa, insanların nə deməyinə bir o qədər az məhəl qoyurdum. Mən sadəcə onların nə etməyinə baxırdım, yəni insanların sözlərinə deyil, əməllərinə fikir verirdim».

Son xəbərlər
Digər xəbərlər