19 C
Baku
Monday, October 6, 2025

Əfsanəvi Oskar Şindler

28 aprel 1908-ci ildə alman sənayeçi və İkinci Dünya müharibəsi zamanı 1000-dən çox yəhudinin həyatını xilas edən Oskar Şindler dünyaya gəlir. O öz fəaliyyətləri səbəbi ilə İsrail hökuməti tərəfindən “Sülh təbliğatçısı” adını qazanmışdı. Daha doğrusu, o öz həyatını riskə ataraq səyqırım zamanı yəhudilərin həyatını xilas etmişdir.

62b0c140b87f33b08933001aed041036_5

Oskar Şindler qadın, içki, qumar və xoş həyat vurğunu idi. 1930-cu ildə baş verən dünya iqtisadi böhranı zamanı o sərvətinin əhəmiyyətli bir hissəsini itirir və pula ehtiyac duyur. Bu zaman ona alman kəşfiyyatı ilə işləmək təklif edilir. Lakin onun kəşfiyyatçı karyerası uğurlu alınmır. 1938-ci ilin iyun ayında o ifşa edilir və həbsxanaya atılır. O burada bir neçə ay qalmalı olur. Şindler daha ciddi cəzaya məruz qala bilərdi. Lakin Almaniya və Çexoslavakiya ilə Münhen razılaşmasının imzalanmasından sonra azadlığa buraxılır. 1939-cu ildə Oskar Şindler Alman sosialist işçi partiyasının sıralarına qoşulur. İkinci Dünya müharibəsinin əvvəlində o yəhudi sahibkardan alınmış zavoda yiyələnir. Onun işi uğurla gedirdi və zavodda ucuz işçi əməyindən istifadə edilirdi. Bu işçilərin əksəriyyəti isə yəhudilər idi.

66947486.uOz9Xhgz_3

Nasional-sosialist olan Şindlerin yəhudilər ilə bağlı fikirlərinin dəyişməsinə nəyin səbəb olduğunu demək çətin olsa da, yəhudilərin ölüm düşərgəsinə yerləşdirilməsinə başlanıldıqda o məmurlardan ölümə məhkum edilmiş yəhudiləri işçi olaraq almaq hüququ əldə edir. O tək işçi qüvvəsinə malik olan insanları deyil, yaşlı, uşaq və qadınları da işçi olaraq alırdı. Bununla da insanların həyatını xilas etmiş olurdu.

58059d15782956dafcba46164d3_3267988_3

1944-cü ildə Krakova sovet qüvvələri daxil olmağa başladıqda düşərgələrdə kütləvi sayda yəhudi qırğınına başlanılır. Bu zaman Şindler öz fabrikini daha təhlükəsiz bir yerə, Moraviyaya köçürür. Yeni yerdə işləməli olan işçilərdən ibarət məşhur Şindler siyahısı yaradılır. Bu siyahıda ölümdən xilas olmuş 1200-ə yaxın kişi, qadın və uşaqların adları var idi.

e80d1258_3

Müharibə başa çatdıqdan sonra yoxsullaşmış Şindler bir neçə kommersiya əməliyyatına əl atsa da uğursuzluqla üzləşir və müflis olur. O həyat yoldaşı ilə Argentinaya yollansa da burada da iflasla üzləşir. 1957-ci ildə Şindler həyat yoldaşından boşanır və Almaniyaya qayıdır. Keçmiş maqnat ömrünün son illərində xilas etdiyi yəhudilərin hədiyyələri və pulları hesabına yaşayır. O 9 oktyabr 1974-cü ildə dünyasını dəyişir və İsraildə dəfn edilir.

ddeea583ac143275ab0ec5d0f234d1a6_3

Son xəbərlər
Digər xəbərlər