Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarında baxılan müraciətlərin kateqoriyaları açıqlanıb.
Banker.az xəbər verir ki, komissiyanın indiyədək keçirilən iclaslarında əsasən ailə üzvləri Vətən müharibəsi iştirakçısı və qazisi olanların, yol-nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin, hərbi qulluqçuların və digər şəxslərin müraciətlərinə baxılıb.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib.