-3 C
Baku
Sunday, December 15, 2024

Əgər biz yatmasaq, nə baş verər?

Əgər siz 6-8 saat yatırsınızsa, hansı xəstəliklərə meyillisiniz? Bəs 10 saat yatdıqda?  11 gün ərzində yatmasaq nə olar?

Nə qədər qəribə olsa da elmə hələ nə yuxunun səbəbləri, nə də onun təkamül mənşeyi məlum deyil.

İnsan və yaxud heyvan yatanda onun şüuru bir neçə saatlığına sönür.

Yuxunun səbəbləri elm aləminə məlum olmasa da, onun bir neçə qanunauyğunluqlarını aşkarlamaq mümkün olmuşdur. Məsələn, 6- 8 saat yatan insanların uzun ömürlü olduqları bəyan edilib. Çox yatmaq isə bir neçə xəstəliklərə səbəb ola bilər. Məsələn, ürək- damar sisteminin xəstəlikləri və diabet xəstəliklərinə.

Lakin yuxusuz qalmaq da ürək- damar xəstəliklərinə və həmçinin depressiyanın yaranmasına, piylənməyə  səbəb ola bilər.

Bəs əgər biz heç yatmasaq, nə olar? İlk yuxusuz gecədən sonra bizim beynimizdə mezolimbik sistem aktivləşir. Və insan enerjili, pozitiv olur. Sizcə bu yaxşıdır? Amma sonra daha pis olacaq.

İlkin olaraq beynimizdə bir -birinin ardıyca qərar qəbul edən strukturlar sönür. Nəticədə isə özümüzü idarə etmə sistemi aşağı düşür. Yorğunluq özünü biruzə verir və orqanizmin ətrafı qavrama qabiliyyətinin sürəti azalır.

Son xəbərlər
Digər xəbərlər