11 C
Baku
Saturday, November 16, 2024

Əgər “Brexit” baş tutsa, 15 nazir istefaya gedəcək

Böyük Britaniyanın baş naziri Tereza Mey Avropa Birliyi ilə razılaşma olmadan “Brexit”in (İngiltərənin Avropa Birliyindən çıxması) baş tutacağı təqdirdə, nazirlərin kütləvi üsyanı ilə qarşılaşa bilər. 15 nazir istefaya getməyi düşünür. 

Nəşrin məlumatına görə, fevralın 25-də 23 ingilis rəsmi “Brexit”in necə dayandırılacağını müzakirə etmək üçün gizli görüş keçirib. Britaniya parlamentinin üzvləri Tereza Meyi “Brexit”i təxirə salmağa sövq etmək üçün onunla danışıqlara gedəcəklər.

Rəsmilər arasında biznes üzrə nazir Qreq Klark, ədliyyə naziri Devid Qauke, əmək və pensiya naziri Ember Radda da var.

Qeyd edək ki, “Brexit” bu il martın 29-na planlaşdırılıb. “The Guardian” nəşri avropalı diplomatlara istinadən Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin Böyük Britaniyanın Avropa Birliyindən çıxması prosesini 2021-ci ilə qədər təxirə salmağı planlaşdırdıqlarını yazıb.

Son xəbərlər
Digər xəbərlər