Azərbaycanda bankların “exchange” əməliyyatlarından məlum olur ki, fevralda əhali dolların daha çox banklara qaytarıb.
Banker.az xəbər verir ki, yerli banklar əhalidən 142 milyon 398.5 min dollar həcmində ABŞ valyutasını alıblar. Bu da öncəki ayda 2.1 dəfə artım deməkdir.
Əvəzində isə əhaliyə cəmi 167 milyon 397.7 min dollar satıblar. Bu da 51% (ikiqat) eniş dinamikasıdır.
Nəticədə dollar/manat valyuta cütlüyünün mübadilə əməliyyatlarındakı son bir ayda 1.7016-dan 1.7005-ə qədər yuvarlanıb.
İngilis funtunun banklar tərəfindən alışı 13% artımla 341.6 min funt strelinqə, Avrozonanın valyutasının həcmi 25% artımla 4 milyon 954 min avroya, Rus valyutasının həcmi 6% artımla 1 milyard 74 milyon 123.1 min rubla yüksəlib.