Ölkə əhalisi elektrik malları və mebellərin alışını azaldıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən xəbər verir.
Belə ki, Azərbaycanın pərakəndə ticarət şəbəkəsində elektrik malları və mebellərə cari ilin yanvar-may aylarında istehlakçılar 762.3 milyon manat xərcləyib.
İllik müqayisədə elektrik malları və mebellərin alışını 10% azalıb.
Qeyd edək ki, hesabat dövründə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 304.6 manatlıq, o cümlədən 167.5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 137.1 manatlıq qeyri-ərzaq malları almışdır.