10 C
Baku
Wednesday, December 11, 2024

Əhalinin geyim xərcləri daha çox artıb – rəsmi

2019-cu ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 3,5 faiz üstələyərək 34,4 milyard manata bərabər olmuşdur. Ticarət dövriyyəsinin 17,4 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17,0 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-noyabr aylarına nisbətən real ifadədə müvafiq olaraq 3,1 faiz və 3,9 faiz artmışdır.

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla 2018-ci ilin yanvar-noyabr aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi 34 419,2 103,5
o cümlədən:
ərzaq məhsulları 15 803,6 103,2
içkilər və tütün məmulatları  1 612,2 101,6
toxuculuq məhsulları, geyim və ayaqqabılar 6 350,0 104,1
elektrik malları və mebellər 2 088,2 103,1
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 272,8 103,3
əczaçılıq və tibbi mallar 451,4 103,9
avtomobil yanacağı 1 911,4 102,4
digər qeyri-ərzaq məhsulları         5 929,6 104,5

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 18,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,6 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,2 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

2019-cu ilin yanvar-noyabr aylarında istehlak məhsullarının dəyər ifadəsində 21,2 faizi ticarət müəssisələri, 50,5 faizi fərdi sahibkarlar tərəfindən, 28,3 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2018-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 29,8 faiz, fərdi sahibkarlar üzrə 2,0 faiz artmış, bazar və yarmarkalarda isə 8,0 faiz azalmışdır.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 316,0 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 15,6 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 159,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 156,1 manatlıq qeyri-ərzaq məhsulları almışdır

Son xəbərlər
Digər xəbərlər