Azərbaycanda fiziki şəxslərin 1 aprel 2023-cü il tarixinə hansı banklarda daha çox depozitlərinin olduğu məlum olub.
Banker.az bildirir ki, fiziki şəxslərin depozitləri 2023-cü ilin ilk rübündə 2.1%-ə yaxın artaraq 11 mlrd. 719 mln. manat olub və bunun da 4 mlrd. 534 mln. manat ekvivalenti xarici valyutadadır. Bu valyutaların 16%-dan çoxu dövlətin ABB-sindədir. Qeyd edilən tarixə bankda fiziki şəxslərə məxsus 1 mlrd. 882 mln. manat üzərində depozitləri var.